Göyçayda avtoxuliqanlıq edən sürücü həbs olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qafar Ağayev09:32 - Bu gün
Göyçayda avtoxuliqanlıq edən sürücü həbs olunub

Göyçayda avtoxuliqanlıq edən sürücü Əli Dəmirov Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, O, idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub, ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərə yol verib.

Sürücü barəsində protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ə.Dəmirov 15 sutka inzibati qaydada həbs edilib.

Paylaş:
106

Son xəbərlər

Bütün xəbərlər