Sel Siyəzəndə körpünü uçurub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sel Siyəzəndə körpünü uçurub - FOTO

11:20 - Bu gün
Sel Siyəzəndə körpünü uçurub - FOTO

Güclü yağışlar Siyəzən rayonunda fəsadlara səbəb olub.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, sel suları Siyəzən-Məşrif yolunun üzərində yerləşən körpünü uçurub.

Gilgilçay üzərində 2015-ci ildə tikilən 3 aşırımlı körpü yararsız hala düşüb.

Ətrafda olan kommunikasiya xətləri də zədələnib.

Hazırda ərazidə vəziyyətin qiymətləndirilməsi və fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər