Paytaxtda diqqətsizlik zəncirvari qəzaya səbəb oldu - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda diqqətsizlik zəncirvari qəzaya səbəb oldu - VİDEO

Qafar Ağayev10:45 - Bu gün
Paytaxtda diqqətsizlik zəncirvari qəzaya səbəb oldu - VİDEO

Heydər Əliyev prospektində, ASCO Arena stadionunun qarşısında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.

Bildirilib ki, sükan arxasında diqqətsizlik yol qəzalarının əsas səbəblərindən biri olaraq qalır. Sürücülərə yola çıxarkən daha məsuliyyətli davranmaq tövsiyə olunub.

Hadisə anının görüntüləri ictimaiyyətə təqdim edilib.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər