50%-ə qədər endirim və 30 dəqiqəyə çatdırılma: Wolt Market Azərbaycanda təkliflərini gücləndirir – VİDEO
Wolt tətbiqində (iOS, Android) mövcud olan onlayn supermarket - Wolt Market istifadəçilərə ərzaq və gündəlik ehtiyac məhsullarını sürətli şəkildə birbaşa qapılarına çatdırmaq imkanı yaradır.
Ənənəvi supermarketlərə rahat alternativ təqdim edir – müştərilər istənilən vaxt, 24/7 fəaliyyət göstərən Wolt Market-dən sifarişlərini onlayn verir və cəmi 30 dəqiqə ərzində qapılarına çatdırılır.
Rebrendinq çərçivəsində Wolt Market məhsul çeşidini genişləndirir və istifadəçilərin alış-veriş vərdişlərini yenidən formalaşdırır. Artıq xidmət yalnız sürətli, kiçik alışlar üçün deyil, həm də tam həftəlik alış-veriş üçün nəzərdə tutulur. Sevimli Wolt Market-in xüsusilə təzə və diqqətlə seçilmiş məhsullara fokuslanır, eyni zamanda daha sağlam və balanslı seçimlərin sayını artırır. İstifadəçilər artıq ərzaqdan tutmuş gündəlik tələbat məhsullarına qədər bütün məhsulları bir yerdən rahatlıqla sifariş edə bilərlər.
6 aprel – 30 aprel tarixləri arasında müştərilər 50%-ə qədər endirimlərdən yararlana bilərlər. İstifadəçilər həmçinin yerli istehsalçıların keyfiyyətli məhsullarını kəşf etmək imkanı əldə edirlər. Üstəlik 3 al 25%-dək endirim əldə et imkanı var. Bununla yanaşı, Wolt Market mütəmadi həftəlik kampaniyalar təqdim edərək gündəlik alış-verişi daha sərfəli və əlçatan edir.
Şirkətin bildirdiyinə görə, bu yeniliklər xidmətin istifadə tərzindəki dəyişikliyi əks etdirir – təcili və son dəqiqə sifarişlərini daha planlı və rahat gündəlik alış-veriş modelinə inteqrasiyası edir.
Reklam hüququnda












