Zamirə Ədilova vəzifəsindən ayrıldı
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova vəzifəsindən ayrılıb.
1news.az xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat yayıb.
“Bu gün TƏBİB-də son iş günüm idi. Bu müddət ərzində qazandığım təcrübə, tanıdığım dəyərli insanlar və birlikdə keçirdiyimiz anlar mənim üçün çox qiymətlidir. Hər bir həmkarıma göstərdikləri dəstək və əməkdaşlığa görə təşəkkür edirəm”, - deyə paylaşımında bildirib.
83












