Nərimanov rayonunda 10-dan çox ağacı kim kəsib? - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nərimanov rayonunda 10-dan çox ağacı kim kəsib? - VİDEO

Qafar Ağayev09:11 - Bu gün
Nərimanov rayonunda 10-dan çox ağacı kim kəsib? - VİDEO

Paytaxtın Nərimanov rayonunda Faiq Yusifov küçəsində 10-dan çox göyrüş ağacı kəsilib.

1news.az AZTV-yə istinadən xəbər verir ki, ağaclar Dövlət Ekoloji Ekspertiza Agentliyinə edilən müraciət əsasında kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, piyada səkisində vətəndaşların hərəkəti üçün təhlükə yaradan quru ağacların götürülməsi məqsədilə Nərimanov Rayon Bələdiyyəsi tərəfindən Dövlət Ekoloji Ekspertiza Agentliyinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətindən saytımıza bildirilib ki, Nərimanov rayonunda ağacların kəsilməsi ilə bağlı prosessual araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər