“Bakı Marafonu 2026” ilə əlaqədar 30 marşrutun hərəkət sxemi dəyişdirilir - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakı Marafonu 2026” ilə əlaqədar 30 marşrutun hərəkət sxemi dəyişdirilir - SİYAHI

Qafar Ağayev18:15 - Bu gün
“Bakı Marafonu 2026” ilə əlaqədar 30 marşrutun hərəkət sxemi dəyişdirilir - SİYAHI

“Bakı Marafonu 2026” ilə əlaqədar paytaxtda 30 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

1news.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yayıb. Bildirilib ki, nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq, mayın 3-də 1, 2, 4, 7A, 7B, 10, 11, 13, 20, 21, 24, 30, 32, 36, 38, 46, 49, 71, 72, 88A, 93, 120, 120E, 125, 145, 177, 184, E1, H1 və M8 nömrəli marşrutların hərəkət sxemində dəyişiklik ediləcək.

Məlumata əsasən, bəzi marşrutların fəaliyyəti alternativ küçə və prospektlər vasitəsilə təşkil olunacaq, bir sıra xətlərin son dayanacaq məntəqələri dəyişdiriləcək, bəzi marşrutlar isə müəyyən ərazilərə daxil olmadan qismən fəaliyyət göstərəcək.

Qeyd olunub ki, dəyişikliklər əsasən Azadlıq prospekti, Füzuli küçəsi, Rəşid Behbudov küçəsi, Xətai prospekti, Heydər Əliyev prospekti və digər əsas nəqliyyat arteriyalarını əhatə edir. Eyni zamanda, bəzi marşrutların son dayanacaqları “Şah İsmayıl Xətai” və “Koroğlu” metro stansiyalarının yaxınlığında təşkil ediləcək.

Sərnişinlərə tövsiyə olunur ki, səfərlərini əvvəlcədən planlaşdırsınlar və müvəqqəti dəyişiklikləri nəzərə alsınlar.

Paylaş:
126

Son xəbərlər

Bütün xəbərlər