Pensiyalar bu tarixdə VERİLƏCƏK | 1news.az | Xəbərlər
Cəmiyyət

Pensiyalar bu tarixdə VERİLƏCƏK

12:14 - 17 / 04 / 2026
Pensiyalar bu tarixdə VERİLƏCƏK

Aprelin 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aprel ayının pensiyaları ödənilib.

1news.az xəbər verir ki, respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi isə aprel ayının 21-də həyata keçiriləcək.

Qeyd edək ki, pensiyaçılar aprelin 21-dən etibarən bank kartları vasitəsilə bankomatlardan nağdlaşdıra bilərlər.

Paylaş:
177

Son xəbərlər

Bütün xəbərlər