Naxçıvanda bir sıra çaylardan sel keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda bir sıra çaylardan sel keçib

17:55 - 20 / 04 / 2026
Naxçıvanda bir sıra çaylardan sel keçib

Naxçıvanda müşahidə olunan intensiv yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi artıb, bəzi ərazilərdə sel və daşqın hadisələri qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən 1news.az-a verilən məlumata görə, Naxçıvançayın Qarababa, Gilançayın Nurgüt və Ordubadçayın Nüsnüs hidroloji məntəqələrində aparılan müşahidələr zamanı çaylardan sel sularının keçməsi qeydə alınıb.

Yağıntıların intensivliyi çay hövzələrində axımın sürətlə artmasına səbəb olub. Nəticədə bəzi dağlıq və dağətəyi ərazilərdə qısa müddətli sel və daşqınlar müşahidə olunub.

Hazırkı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimalı qalır.

Mütəxəssislər əhaliyə çay kənarlarına yaxın ərazilərdə ehtiyatlı olmağı tövsiyə edir.

Paylaş:
516

Son xəbərlər

Anar Əsədliyə hökm oxundu

22 / 05 / 2026, 17:28
Bütün xəbərlər