İlin ilk 3 ayında cinayətlərin sayı azalıb
Azərbaycanda 2026-cı ilin ilk 3 ayında cinayətlərin dinamikasında azalma qeydə alınıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, 2026-cı ilin ilk 3 ayı ərzində cinayətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azalıb.
Eyni zamanda ağır və xüsusilə ağır cinayətlərin, eləcə də şəxsiyyət və mülkiyyət əleyhinə olan hüquqpozmaların sayında azalma müşahidə olunub.
98












