Nazir: Ölkədə kriminogen durum nəzarətdə saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: Ölkədə kriminogen durum nəzarətdə saxlanılıb

Qafar Ağayev15:59 - Bu gün
Nazir: Ölkədə kriminogen durum nəzarətdə saxlanılıb

Azərbaycanda kriminogen durum nəzarətdə saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyində 2026-cı ilin yanvar-mart aylarına dair onlayn formatda keçirilən Kollegiya iclasında deyib.

Nazir bildirib ki, ictimai asayişin və təhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə 2026-cı ilin birinci rübündə də məqsədyönlü şəkildə davam etdirilib:

"Cinayətlərin qarşısının alınması, açılması, istintaqı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən kompleks tədbirlər müsbət nəticələr verib, kriminogen durum nəzarətdə saxlanılıb".

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər