Tovuzda avtomobil idarəetmədən çıxaraq yol kənarındakı tikiliyə çırpılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda avtomobil idarəetmədən çıxaraq yol kənarındakı tikiliyə çırpılıb - FOTO

11:19 - 29 / 04 / 2026
Tovuzda avtomobil idarəetmədən çıxaraq yol kənarındakı tikiliyə çırpılıb - FOTO

Tovuz rayonu ərazisində avtomobil qəzası baş verib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Dondarquşçu kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı tikiliyə çırpılıb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar dərhal təcili tibbi yardım vasitəsilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
256

Son xəbərlər

Bütün xəbərlər