Bakı-Qazax yolunda yük maşınları toqquşdu - Ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Qazax yolunda yük maşınları toqquşdu - Ölən var

15:27 - Bu gün
Bakı-Qazax yolunda yük maşınları toqquşdu - Ölən var

Bu gün saat 11 radələrində Bakı-Qazax yolunda ağır qəza baş verib.

1news.az xəbər verir ki, magistralın Ağdaş rayonu Ləki qəsəbəsindən keçən hissəsində “Mercedes” markalı yük avtomobili TIR-la toqquşub.

Nəticədə “Mercedes”in 36 yaşlı sürücüsü Heydər Hüseyngil hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər