“Sülh körpüsü” Təşəbbüsünün azərbaycanlı iştirakçıları “Yerevan Dialoqu – 2026” konfransında iştirak edəcəklər | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sülh körpüsü” Təşəbbüsünün azərbaycanlı iştirakçıları “Yerevan Dialoqu – 2026” konfransında iştirak edəcəklər

09:32 - Bu gün
“Sülh körpüsü” Təşəbbüsünün azərbaycanlı iştirakçıları “Yerevan Dialoqu – 2026” konfransında iştirak edəcəklər

Azərbaycanlı ekspertlər, “Sülh körpüsü” Təşəbbüsünün iştirakçıları “Yerevan Dialoqu – 2026” beynəlxalq konfransında iştirak edəcəklər.

1news.az xəbər verir ki, Beynəlxalq konfransın proqramına əsasən, tədbirdə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, “Sülh körpüsü” Təşəbbüsünün Azərbaycan tərəfdən koordinatoru Fərhad Məmmədov, həmçinin təşəbbüsün iştirakçıları – Topçubaşov adına Bakı Analitik Mərkəzinin direktoru və həmtəsisçisi Rusif Hüseynov, Berlin Karnegi Mərkəzinin əməkdaşı Zaur Şiriyev iştirak edəcəklər.

Bundan əlavə, konfransda Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç, Ermənistan Milli Assambleyasının sədr müavini Ruben Rubinyan, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono da iştirak edəcəklər.

Xatırladaq ki, ötən il azərbaycanlı politoloqlar İrəvanda keçirilən “Orbeli Forumu: sülhün qurulması və çoxtərəfli əməkdaşlıq” tədbirində iştirak ediblər.

Paylaş:
151

Son xəbərlər

Bütün xəbərlər