AAYDA-nın sədri generalın oğlunu işdən çıxardı | 1news.az | Xəbərlər
Cəmiyyət

AAYDA-nın sədri generalın oğlunu işdən çıxardı

16:25 - Bu gün
AAYDA-nın sədri generalın oğlunu işdən çıxardı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) növbəti kadr islahatı həyata keçirilib.

1news.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

Əmrə əsasən, AAYDA-nın Söküntülər şöbəsinin rəisi Cavidan Həsənov vəzifəsindən azad edilib.

Qeyd edək ki, C.Həsənov Penitensiar xidmətin sabiq rəisi, general-leytenant Ceyhun Həsənovun oğludur.

Paylaş:
46

Son xəbərlər

Bütün xəbərlər