Suraxanıda 12 kiloqram narkotik vasitə aşkar olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Suraxanıda 12 kiloqram narkotik vasitə aşkar olunub

13:23 - Bu gün
Suraxanıda 12 kiloqram narkotik vasitə aşkar olunub

Bakının Suraxanı rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 43 yaşlı Xəyal Zərgərovdan 12 kiloqram 305 qram marixuana aşkarlanıb. Müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə X.Zərgərov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər