Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb
Mayın 9-da Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı yola salınıb.
1news.az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.
Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
83












