Sabah görünüş məsafəsi məhdudlaşacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah görünüş məsafəsi məhdudlaşacaq

Qafar Ağayev17:53 - Bu gün
Sabah görünüş məsafəsi məhdudlaşacaq

Mayın 12-də bəzi yollarda görünüş çətinləşəcək.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda müşahidə olunacaq dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Paylaş:
41

Son xəbərlər

Bütün xəbərlər