Alessandro Attoliko: “Bakıda keçirilən genişmiqyaslı forumun təşkili qüsursuz şəkildə həyata keçirilir” | 1news.az | Xəbərlər
Siyasət

Alessandro Attoliko: “Bakıda keçirilən genişmiqyaslı forumun təşkili qüsursuz şəkildə həyata keçirilir”

Faiqə Məmmədova16:35 - Bu gün
Alessandro Attoliko: “Bakıda keçirilən genişmiqyaslı forumun təşkili qüsursuz şəkildə həyata keçirilir”

“Tədbir ən yüksək səviyyədə təşkil olunub.

Bu, olduqca nəhəng tədbirdir və belə miqyaslı forumların keçirilməsi son dərəcə çətindir. Lakin hazırda təşkilati işlər qüsursuz şəkildə həyata keçirilir”.

Bu fikirləri 1news.az-ın müxbirinə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində İtaliyanın Potenza vilayətinin planlaşdırma və innovasiyalar üzrə icraçı direktoru Alessandro Attoliko bildirib.

O qeyd edib ki, müzakirə panelləri, eləcə də digər region və mədəniyyətlərin nümayəndələri ilə təcrübə mübadiləsi aparmaq və onlardan öyrənmək imkanı olduqca əhəmiyyətlidir, çünki burada dünyanın müxtəlif ölkələri bir araya gəlir.

Onun sözlərinə görə, bu forum başqalarının hansı istiqamətdə inkişaf etdiyini, şəhər və ərazi inkişafı sahəsində hansı innovasiyaların meydana çıxdığını anlamaq və həmin təcrübəni mənimsəmək üçün ən yaxşı imkanlardan biridir.

Alessandro Attoliko vurğulayıb ki, onlar sadəcə icraçı deyil, strateji planlaşdırıcılar olduqları üçün beynəlxalq təcrübəyə əsaslanmağa ehtiyac duyurlar və bu forum da həmin məqsəd üçün əla platformadır.

“Əvvəlki Ümumdünya Şəhərsalma Forumu ilə müqayisə etsək, düşünürəm ki, logistika bu tədbirin ən güclü tərəflərindən biridir və burada proseslər daha fərqli və daha effektiv qurulub. Bununla yanaşı, əvvəlki forumların da yaxşı təşkil olunduğunu etiraf edirəm, çünki bu, çox böyük tədbirdir və onun keçirilməsi hər zaman böyük səylər tələb edir.

Bu forumun əsas fərqi müxtəlif baxış bucaqlarını görmək imkanı yaratmasıdır. Bilirəm ki, forumun gündəliyi olduqca zəngin və dolğundur. Burada dünyanın hər yerindən təcrübə toplanıb və bizim üçün bu, bir məkanda öz ölkəmizdən kənarda baş verən proseslərlə tanış olmaq baxımından unikal fürsətdir”, - deyə o yekunlaşdırıb.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər