Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır - FOTO - VİDEO
Bakının sürətlə inkişaf edən ərazilərindən biri olan Binəqədi rayonunda infrastruktur dəyişiklikləri və yeni layihələr bazarda diqqət mərkəzinə çevrilib.
Xüsusilə yaxın zamanda istifadəyə verilməsi planlaşdırılan yeni metro xətti , avtomobil və piyada tunelləri, ərazinin nəqliyyat əlçatanlığını əhəmiyyətli dərəcədə artıracaq. Bu dəyişikliklər bölgənin həm yaşayış, həm də investisiya baxımından cəlbediciliyini gücləndirir.
Məhz bu ərazidə həyata keçirilən layihələrdən biri də Çinarlı Residence kompleksidir.
Layihə etibarlı tikinti şirkəti Çinarlı MTK tərəfindən icra olunur. Şirkət daha əvvəl uğurla təhvil verdiyi Çinarlı Park layihəsi ilə bazarda etibar qazanıb.
Yeni kompleksin təhvili 2026-cı ildə planlaşdırılır.
Ekspertlərin fikrincə, tikintinin bu mərhələsində mənzil əldə etmək:
* daha sərfəli qiymətlə daxil olmaq
* seçim imkanlarının geniş olması
* gələcəkdə dəyər artımından faydalanmaq
baxımından üstünlük yaradır.
Bundan əlavə, layihədə alıcılar üçün daha çevik şərtlər təqdim olunur:
* 24 ay 0% daxili kredit
* 22 ilə qədər ipoteka imkanı
* ƏDV geri al imkanı
Binəqədidə həyata keçirilən yeni infrastruktur layihələri və yaşayış kompleksləri bu ərazinin yaxın illərdə şəhərin ən perspektivli nöqtələrindən birinə çevriləcəyini göstərir.
Ətraflı məlumat və satış ofisi ilə əlaqə üçün:
*3553
Ünvan: Bakı,Binəqədi r-nu, A.Kunanbayev küç. 3121






















