Ötən həftə 1696, 11 hektardan çox ərazi minalardan təmizlənib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə 1696, 11 hektardan çox ərazi minalardan təmizlənib

First News Media11:19 - Bu gün
Ötən həftə 1696, 11 hektardan çox ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə iyunun 22-dən 28-dək 37 tank əleyhinə mina, 36 piyada əleyhinə mina, 329 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1696.11 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər