Sinoptiklərdən xəbərdarlıq: güclü yağış, dolu və sel gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Sinoptiklərdən xəbərdarlıq: güclü yağış, dolu və sel gözlənilir

First News Media16:39 - Bu gün
Sinoptiklərdən xəbərdarlıq: güclü yağış, dolu və sel gözlənilir

Azərbaycanın rayonlarında iyunun 30-u gündüzdən iyulun 1-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər