Göyçayda 2 tondan artıq çətənə kolu məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda 2 tondan artıq çətənə kolu məhv edilib

16:49 - Bu gün
Göyçayda 2 tondan artıq çətənə kolu məhv edilib

Göyçayda polis əməkdaşları “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər həyata keçiriblər.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 2 ton 300 kiloqram olan 5400 ədəd çətənə kolu məhv edilib", - deyə Mətbuat Xidmətinin məlumatında qeyd olunur.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər