Şəkidə küçə iti 5 nəfərə hücum edib: Azyaşlının vəziyyəti ağırdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə küçə iti 5 nəfərə hücum edib: Azyaşlının vəziyyəti ağırdır

First News Media13:09 - Bu gün
Şəkidə küçə iti 5 nəfərə hücum edib: Azyaşlının vəziyyəti ağırdır

Şəkidə biri azyaşlı olmaqla 5 nəfəri küçə iti dişləyib.

1news.az "Report"a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Şəkinin Dodu məhəlləsi adlanan ərazisində baş verib.

Belə ki, küçə iti 38 yaşlı Taleh Yusifov, 56 yaşlı Mehman Cabbarov, 36 yaşlı Xəyalə Mirzəyeva, 30 yaşlı Nicat Abdulrəhimov və 5 yaşlı Alparslan Əliyevə hücum edərək xəsarət yetirib.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, məlumata görə, azyaşlının vəziyyəti ağır qiymətləndirilir.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər