Laçında 8 mindən çox çətənə kolu aşkarlanaraq məhv edilib
Laçında 2 tondan artıq çətənə kolu məhv edilib.
1news.az DİN-ə istinadən xəbər verir ki, Laçın Rayon Polis Şöbəsinim əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Zabux kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 2 ton 445 kiloqram olan 8103 ədəd çətənə kolu məhv edilib.
61












