Azərbaycanda fəxri adlara görə təqaüd alanların sayı açıqlanıb
2026-cı ilin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda fəxri adlara görə təqaüd alan şəxslərin sayı 4 683 nəfər təşkil edib.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı statistik məlumatda bildirilib.
Məlumata görə, təqaüd alanlardan 239 nəfəri "Xalq" fəxri adına, 4 444 nəfəri isə "Əməkdar" fəxri adına görə aylıq təqaüd alır.
112












