Zaqatalada itkin düşən kişinin meyiti çayın sahilində tapıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada itkin düşən kişinin meyiti çayın sahilində tapıldı

First News Media11:21 - Bu gün
Zaqatalada itkin düşən kişinin meyiti çayın sahilində tapıldı

Zaqatalada itkin düşən 62 yaşlı kişinin meyti çaydan tapılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Zaqatala rayonunun Dağlı kənd sakini 1964-cü il təvəllüdlü Xanlar Məmmədovun meyiti Tala çay ərazisində aşkar edilib.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, meyti tapılan şəxsin bir neçə gün əvvəl evdən çıxıb geri qayıtmadığı bildirilir.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər