Yevlaxda 92 yaşlı qadın evində ölü tapıldı
Yevlaxda 92 yaşlı qadının meyiti tapılıb.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.
Məlumata görə, 1934-cü il təvəllüdlü Surayə Babayevanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti Yevlaxın Qasım bəy Zakir küçəsində yerləşən yaşadığı evdə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
56












