Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

1news Redaksiyası15:36 - 28 / 07 / 2026
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

İyulun 29-da Abşeron çimərliklərində gözlənilən hava şəraiti məlum olub.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, sabah Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 26-27, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacaq.

Paylaş:
334

Son xəbərlər

Bütün xəbərlər