Çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Qafar Ağayev14:06 - Bu gün
Çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Avqustun 20-si gündüzdən şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Paylaş:
45

Son xəbərlər

Bütün xəbərlər