Bakıda və Abşeron yarımadasında küləyin sürəti 20 m/s-yə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 20 m/s-yə çatıb

10:54 - Bu gün
Bakıda və Abşeron yarımadasında küləyin sürəti 20 m/s-yə çatıb

Avqustun 22-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, ötən gün şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20, Culfada 19, Şahbuzda 16 m/s-yə çatıb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 24 dərəcəyədək isti müşahidə olunub.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər