İngiltərədə avtomobil polis maşını ilə toqquşub: 7 nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

İngiltərədə avtomobil polis maşını ilə toqquşub: 7 nəfər ölüb

Oksana Orucova11:19 - Bu gün
İngiltərədə avtomobil polis maşını ilə toqquşub: 7 nəfər ölüb

İngiltərənin Klivlend bölgəsində əks istiqamətdə hərəkət edən avtomobil polis maşını ilə toqquşub.

1news.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 2 polis əməkdaşı və digər avtomobildə olan 5 nəfər həyatını itirib.

Klivlend Polisi tərəfindən verilən məlumata görə, əks istiqamətdə hərəkət edən avtomobil patrul xidməti aparan polis maşını ilə toqquşub.

Hadisə yerinə cəlb olunan səhiyyə və hüquq-mühafizə əməkdaşları hər iki polis əməkdaşının və digər avtomobildə olan 5 şəxsin öldüyünü müəyyənləşdiriblər.

Polis əməkdaşlarının 37 yaşlı Metyu Bleyds və 38 yaşlı Tom Klou olduğu açıqlanıb.

İngiltərə Baş naziri Endi Börnhəm sosial media hesabında xidməti vəzifələrini yerinə yetirərkən həlak olan iki polis əməkdaşına və 5 mülki şəxsə görə başsağlığı verib.

Qəza ilə bağlı araşdırma davam edir.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər