Xırdalanda obyektdə yanğın baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda obyektdə yanğın baş verib

Qafar Ağayev09:07 - Bu gün
Xırdalanda obyektdə yanğın baş verib

Xırdalanda obyektdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Paylaş:
49

Son xəbərlər

Bütün xəbərlər