Sabunçuda iki maşın toqquşub, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda iki maşın toqquşub, ölən var

Qafar Ağayev09:33 - 22 / 09 / 2026
Sabunçuda iki maşın toqquşub, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Vahid Məmmədovun idarə etdiyi “Opel Frontera” markalı avtomobil əks istiqamətdə hərəkətdə olan Ozal Yusifovun idarə etdiyi “Mercedes Benz E” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində V.Məmmədov xəsarət alıb.

Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Paylaş:
241

Son xəbərlər

Bütün xəbərlər