Bərdədə gənc oğlan qətlə yetirilib, saxlanılan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə gənc oğlan qətlə yetirilib, saxlanılan var

10:18 - Bu gün
Bərdədə gənc oğlan qətlə yetirilib, saxlanılan var

Bərdə rayonunda qətl hadisəsi baş verib.

1news.az APA xəbər verir ki, hadisə bu gün saat 5 radələrində Mollaəhmədli kəndinin ərazisində qeydə alınıb.

Kənd sakini 1996-cı il təvəllüdlü Cavad Hüseynov münaqişə zəminində Kolayır kənd sakini 2000-ci il təvəllüdlü Elnur Rüstəmovu bıçaqla öldürüb.

C.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər