Sisi prezident postundan nə vaxt gedəcəyini açıqlayıb | 1news.az | Xəbərlər
Dünya

Sisi prezident postundan nə vaxt gedəcəyini açıqlayıb

Qafar Ağayev16:15 - Bu gün
Sisi prezident postundan nə vaxt gedəcəyini açıqlayıb

Misir Prezidenti Əbdülfəttah əs-Sisi 2030-cu ildə səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifəsini tərk edəcəyini bildirib.

1news.az xəbər verir ki, o, bu barədə Misir Hərbi Akademiyasında keçirilən məzun buraxılışı mərasimində danışıb.

Sisi konstitusiyaya yenidən dəyişiklik edilməyəcəyini vurğulayaraq prezidentlik müddətini uzatmaq niyyətində olmadığını bəyan edib.

“2030-cu ildə mənim prezidentlik müddətim başa çatacaq. Bu məsələ tamamilə həll olunub”, – deyə Misir lideri bildirib.

Qeyd edək ki, 2014-cü ildən Misirə rəhbərlik edən 71 yaşlı Əbdülfəttah əs-Sisi 2023-cü ilin dekabrında keçirilən prezident seçkilərində yenidən qalib gəlib. 2019-cu ildə konstitusiyaya edilən dəyişikliklərlə prezidentin səlahiyyət müddəti dörd ildən altı ilə qaldırılıb. Bu dəyişiklik Sisiyə 2030-cu ilədək vəzifədə qalmaq imkanı verib.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər