Azərbaycanda ötən gün 61 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ötən gün 61 nəfər saxlanılıb

1news Redaksiyası10:03 - Bu gün
Azərbaycanda ötən gün 61 nəfər saxlanılıb

Oktyabrın 27-də Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Bundan əlavə, axtarışda olan ümumilikdə 120 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 96-sı borclu şəxs qismində axtarışda olub.

Hesabat dövründə narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 5 fakt müəyyən edilib.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər