Zaqatalada iş adamı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada iş adamı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilir

1news Redaksiyası13:38 - Bu gün
Zaqatalada iş adamı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilir

Zaqatalada iş adamı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilir.

1news.az APA-ya istinadən xəbər verir ki, gübrə satışı ilə məşğul olan sahibkar Əmrah Ramazan Valeh oğlu aldığı məhsulların pulunu ödəməməkdə, dələduzluqda ittiham olunur.

İttihama görə, zərərçəkmişlərə 924 901 manat ziyan dəyib.

Ona qarşı qarşı Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Zərərşəkənlərin şikayətindən sonra Əmrah Ramazan həbs edilib. İstintaq zamanı dəymiş ziyandan 144 min manat ödənilib.

Zərərçəkmiş şəxs qismində 3 nəfər və “Sara Qrup” QSC tanınıblar.

O da bildirilir ki, təqsirləndirilən Əmrah Ramazan Zaqatala rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat məsələləri sektorunun baş məsləhətçisi Valeh Qazilovun oğludur.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər