Azərbaycanın “Avroviziya-2027”də iştirakı rəsmən təsdiqləndi – FOTO

Azərbaycanın 2027-ci ildə keçiriləcək 71-ci “Avroviziya” mahnı müsabiqəsində iştirakı ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.
1news.az xəbər verir ki, Avropa Yayım Birliyinin (EBU) rəsmi məlumatına əsasən, 2027-ci il müsabiqəsi may ayında Bolqarıstanın Burqas şəhərində keçiriləcək. Müsabiqənin yarımfinalları mayın 11-də və 13-də, böyük finalı isə mayın 15-də baş tutacaq.
Yarışın “Arena Burgas”da keçirilməsi nəzərdə tutulur. Təşkilatçılar qismində Bolqarıstan Milli Televiziyası (BNT) və Avropa Yayım Birliyi çıxış edəcək.
EBU-nun məlumatına görə, 2027-ci il müsabiqəsində iştirak edəcək yayımçıların tam siyahısı daha sonra açıqlanacaq. Buna görə də Azərbaycanın, eləcə də digər ölkələrin iştirakına dair yekun məlumatı gözləmək lazımdır.
Qeyd edək ki, Kanada 2027-ci ildə “Avroviziya”da ilk dəfə iştirak edəcək. Şimali Makedoniyanın isə dördillik fasilədən sonra müsabiqəyə qayıtması gözlənilir.












