Kamran Əliyev: Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamran Əliyev: Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulub

1news Redaksiyası17:07 - Bu gün
Kamran Əliyev: Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulub

Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulub.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

"Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirildi. Azərbaycan artıq korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konversiyasına qoşuldu. Yaxın zamanda bu konversiya ratifikasiya olunacaq", - Baş prokuror deyib.

Onun sözlərinə görə, bu konversiyanın müddəalarının Azərbaycan qanunvericiliyi çərcivəsində impelementasiyası həyata keçiriləcək.

Baş prokuror bildirib ki, Azərbaycanın bu konversiyasına məhz indi qoşulması çox böyük əhəmiyyət kəsb edir: “Növbəti ildən Azərbaycan bu təşkilata sədrlik edəcək. Bu dövr ərzində bütün sahələr üzrə, o cümlədən korrupsiyaya mübarizə sahəsində İƏT-ə üzv olan bütün dövlətlərlə əməkdaşlıq olacaq”.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər