Xırdalanda “Zapı” ilə qaydaları pozan sürücü cəzalandırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda “Zapı” ilə qaydaları pozan sürücü cəzalandırıldı

1news Redaksiyası16:08 - Bu gün
Xırdalanda “Zapı” ilə qaydaları pozan sürücü cəzalandırıldı

Abşeron rayonu Xırdalan şəhərində "Zaporojets" markalı, 50-BD-636 dövlət qeydiyyat nişanlı avtomobillə avtoxuliqanlıq edən sürücü M.Quliyev yol polisi tərəfindən saxlanılıb.

1news.az Oxu.Az-a istinadən xəbər verir ki, onun yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı müəyyən edilib.

M.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və 15 sutka inzibati qaydada həbs edilib.

Paylaş:
88

Son xəbərlər

Bütün xəbərlər