Hərbi xidmətə çağırış başa çatdı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıb.
1news.az xəbər verir ki, bu barədə Dövlət Xidmətin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, müddətli həqiqi hərbi xidmətə yola düşən bütün çağırışçılara Vətən qarşısındakı borclarını layiqincə yerinə yetirmələri və xidmət müddətində uğurlar arzulayırlar.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılmış Mərkəzi Çağırış Komissiyası vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarəti həyata keçirir. Mərkəzi Çağırış Komissiyasında 15 dövlət qurumu təmsil olunur.
82












