Azərbaycanda iki gün ərzində 63 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda iki gün ərzində 63 nəfər saxlanılıb

1news Redaksiyası10:11 - Bu gün
Azərbaycanda iki gün ərzində 63 nəfər saxlanılıb

Oktyabrın 31-də və noyabrın 1-də ölkə ərazisində polis əməkdaşları tərəfindən 75 cinayətin açılması təmin edilib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hesabat dövründə qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 83 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər