Bakının bu ərazilərində işıq kəsiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının bu ərazilərində işıq kəsiləcək

1news Redaksiyası09:19 - Bu gün
Bakının bu ərazilərində işıq kəsiləcək

Təmir və yenidənqurma işləri ilə əlaqədar noyabrın 3-də Bakının Yasamal, Səbail, Binəqədi və Xəzər rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə 1news.az-a “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Akim Abbasov, Bəsti Bağırova, Cəfər Cabbarlı, Zahid Xəlilov, Zivər bəy Əhmədbəyov küçələrində və Mətbuat prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Səbail Rayon RETSİ-nin xidməti ərazisində isə transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Badamdar qəsəbəsinin 2-ci yaşayış massivində və Mikayıl Müşfiq küçəsində elektrik enerjisinin verilişində qısamüddətli fasilə olacaq.

Binəqədi Rayon RETSİ-nin xidməti ərazisində 35/6 kV-luq 93 saylı yarımstansiyadan qidalanan 6 kV-luq “Aşağı Sulutəpə” və “Xocəsən” hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Sulutəpə və Xocəsən qəsəbələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.

Həmçinin 110/35/6 kV-luq “ETK-4” yarımstansiyasından çıxan 6 kV-luq “Masazır-1” və “Masazır-2” hava xətləri üzrə naqillər yenilənəcək. Yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 17:00-dək 10 May küçəsində və Xırdalan-Binəqədi yolunun aşağı hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.

Xəzər Rayon RETSİ-nin xidməti ərazisində isə 35/6 kV-luq 491 saylı yarımstansiyadan çıxan 6 kV-luq hava xətti üzrə naqillərin yenilənməsi işləri aparılacaq. Bu səbəbdən saat 10:00-dan 16:00-dək Buzovna qəsəbəsinin Albalılıq yaşayış massivində, Abşeron, Abbasqulu Abdullayev, Baba Salahov, İzmir, Musa Nağıyev və Məmməd Namazov küçələrinin bir sıra hissələrində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Qeyd edək ki, təmir və yenidənqurma işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin elektrik enerjisi ilə təchizatının keyfiyyətinin və dayanıqlılığının artırılması nəzərdə tutulur.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər