Azərbaycanda bir gündə 100 axtarışda olan şəxs saxlanıldı - DİN-dən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bir gündə 100 axtarışda olan şəxs saxlanıldı - DİN-dən AÇIQLAMA

1news Redaksiyası10:11 - Bu gün
Azərbaycanda bir gündə 100 axtarışda olan şəxs saxlanıldı - DİN-dən AÇIQLAMA

Noyabrın 3-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 30 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-dən 1news.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 100, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər