Vətən Müharibəsi Qəhrəmanına "general-mayor" rütbəsi verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən Müharibəsi Qəhrəmanına "general-mayor" rütbəsi verildi

1news Redaksiyası09:44 - Bu gün
Vətən Müharibəsi Qəhrəmanına "general-mayor" rütbəsi verildi

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəis müavini polkovnik Füzuli İmrəliyevin rütbəsi artırılıb.

1news.az "Unikal"a istinadən xəbər verir ki, F.İmrəliyevə "general-mayor" rütbəsi verilib.

Qeyd edək ki, o, Vətən müharibəsi zamanı Daxili Qoşunların "Kobra" Xüsusi Təyinatlı Dəstəsinin komandiri olub. Hadrut və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edən F.İmrəliyev Daşaltı əməliyyatı zamanı yaralanıb.

Füzuli İmrəliyev 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər