Kamran Musayev: Azərbaycanda 50-dən çox pasiyent ürək transplantasiyası gözləyir

Hazırda Azərbaycanda ürək transplantasiyası üçün növbə siyahısında 50-dən çox pasiyent var.
1news.az-ın məlumatına görə, bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri Kamran Musayev Səhiyyə Nazirliyinin "Ürək transplantasiyası həftəsi" çərçivəsində KİV nümayəndələri üçün təşkil etdiyi maarifləndirici tədbirdə deyib.
"Ürək transplantasiyası əməliyyatlarını icra edən cərrah kimi deyə bilərəm ki, bu gün 50-dən çox pasiyent həmin əməliyyatı gözləyir. 10 milyonluq ölkə üçün bütün bu pasiyentlərə kömək etmək üçün kifayət qədər donorumuz olmalıdır", – o bildirib.
81












