Bayram günlərində Bakı metropolitenində gücləndirilmiş rejimində işləyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram günlərində Bakı metropolitenində gücləndirilmiş rejimində işləyəcək

1news Redaksiyası13:04 - Bu gün
Bayram günlərində Bakı metropolitenində gücləndirilmiş rejimində işləyəcək

8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 7-dən 10-dək Bakı metropolitenində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

1news.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, qeyd olunan tarixlərdə qatarların hərəkəti istirahət günlərinin qrafikinə uyğun təşkil ediləcək.

Bayram günlərində “İçərişəhər”, “Sahil” və “28 May” stansiyalarında əlavə işçi qüvvəsi ayrılacaq, sərnişin axınına nəzarət gücləndiriləcək.

Həmçinin “İçərişəhər–Həzi Aslanov” və əks istiqamətdə pik saatlarda qatarlararası interval 2 dəqiqə 30 saniyə – 3 dəqiqə təşkil edəcək. Ehtiyac yaranacağı təqdirdə ehtiyat qatarlar da xəttə buraxılacaq.

Qeyd edilib ki, Bənövşəyi xətdə qatarların hərəkəti bazar günü qrafikinə uyğun təşkil olunacaq, Yaşıl xətdə isə mövcud hərəkət qrafiki saxlanılacaq.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər