Pərviz Şahbazova COP-31-də QDF-in iştirakının məqsədi və sənədli film barədə məlumat verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Pərviz Şahbazova COP-31-də QDF-in iştirakının məqsədi və sənədli film barədə məlumat verilib

1news Lab16:31 - Bu gün
Pərviz Şahbazova COP-31-də QDF-in iştirakının məqsədi və sənədli film barədə məlumat verilib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 31-ci Konfransı (COP-31) çərçivəsində energetika naziri Pərviz Şahbazova Qarabağ Dirçəliş Fondunun (QDF) tədbirdə iştirakının əsas məqsədi və nümayiş olunacaq "Ölümcül miras" sənədli filmi haqqında ətraflı məlumat verilib.

AZƏRTAC xəbər verir ki, nazirə QDF-in bu qlobal platformadakı əsas hədəfinin insan həyatı və bərpa-quruculuq prosesi ilə yanaşı, ətraf mühit üçün dərin ekoloji fəlakət olan mina problemini beynəlxalq iqlim müzakirələrinin mərkəzinə çıxarmaq olduğu bildirilib.

Azərbaycan pavilyonunda təqdim olunacaq "Ölümcül miras" sənədli filmində Azərbaycanla bərabər, Bosniya və Herseqovina, Kolumbiya və Laosda mina terrorunun təbiətə vurduğu ağır zərbələr faktlarla işıqlandırılır.

Nümayəndə heyəti tərəfindən konfransın iştirakçılarına film barədə məlumat bukletləri təqdim olunur, həmçinin xüsusi QR kod vasitəsilə nümayişə qeydiyyat həyata keçirilir.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər