Latviya və Litvada həyəcan siqnalı: NATO qırıcıları havaya qalxdı

Latviya və Litvada Belarusla sərhəddə yaşayan əhali hava məkanına təhdid səbəbindən sığınacaqlara göndərilib.
1news.az xəbər verir ki, Latviya Ordusu Belarusla sərhəddə yerləşən Ludza bölgəsinin sakinlərinə hava məkanına yönəlmiş təhdid səbəbindən sığınacaqlara getmək çağırışı edib.
Litvanın Milli Böhran İdarəetmə Mərkəzi də ölkənin ikinci ən böyük şəhəri Kaunasda və ətraf ərazilərdə yaşayan sakinləri sığınacaqlara enməyə çağırıb.
Mərkəzdən bildirilib ki, Baltikyanı ölkələrin hava məkanında NATO-nun hava patrul missiyasını həyata keçirən qırıcıları Belarusdan Baltikyanı ölkələr istiqamətində hərəkət edən naməlum obyektə müdaxilə etmək üçün havaya qalxıb.
82













